Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cüdoçumuz Qran-pridə finala yüksəldi

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.
 
Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.
 
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
 
66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
 
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.
 
Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
 
Modern.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.
 
Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.
 
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
 
66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
 
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.
 
Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də