Haitidə iyulun 8-dən bu yana davam edən dəstə döyüşlərində itkilər artmaqda davam edir.
Paytaxt Port-au-Prinsin yoxsul bölgəsi olan Cite Soleil rayonunda iki rəqib dəstə arasında baş verən qarşıdurma minlərlə günahsız insanın iştirak etdiyi təhlükəsizlik böhranına səbəb olub.
Qeyri-hökumət təşkilatı Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsinin verdiyi açıqlamada qarşıdurmaların son həftəsində 89 nəfərin öldüyü, 74 nəfərin yaralandığı, 16 nəfərin itkin düşdüyü bildirilir. Həyatını itirənlərdən 47-sinin dəstə üzvləri, qalan 42-sinin isə atəşə tutulan məhəllə sakinləri olduğu ehtimal edilir.
Hadisə zamanı 21 nəfər diri-diri yandırılaraq öldürülüb.