Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha bir general SAXLANILDI

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
 
Söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovdan gedir.
 
Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.
 
Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də