Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident təyyarəyə buraxılmadı

Şri-Lankanın Bandaranaike Beynəlxalq Hava Limanının miqrasiya xidməti Prezident Qotabaya Racapaksanı Kolombodan uçan təyyarəyə buraxmayıb.
 
Hava limanının əməkdaşları sərnişinlərin reaksiyasından ehtiyatlanaraq ictimaiyyətə açıq terminaldan yayınmağa çalışan Qotabaya Racapaksanın “VIP” salonuna girişinə icazə verməyib.
 
Şri-Lanka prezidenti öncəki gecəni həyat yoldaşı birgə beynəlxalq hava limanı yaxınlığında yerləşən hərbi bazada keçirib. Agentliyin məlumatına görə, onlar Birləşmiş Ərəb Əmirliklərinə uçmağa çalışsalar da, dörd aviareysi buraxmağa məcbur olublar. Bundan sonra prezidentin hara getdiyi barədə məlumat verilmir.
 
Qeyd edək ki, iyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Etirazçılar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Aksiyalarda yüzdən çox insan yaralanıb. Nəticədə Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh vəzifəsini tərk edəcəyini bildirib, Prezident isə iyulun 13-də istefa verəcəyini açıqlayıb.
 
Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Şri-Lankanın 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də