Ayın sonuna karantinlə bağlı yeni QƏRAR GÖZLƏNİLİR - FOTO
Son zamanlar dünyada koronavirusa yoluxma halları artır. Bununla bağlı Azərbaycanın səhiyyə qurumları da xəbərdaredici məlumat yayıb, insanları COVID-19-la bağlı arxayınlaşmamağa çağırıblar. Rəsmi məlumata görə, koronavirusa yoluxma hallarının dünya üzrə 20, Azərbaycan üzrə isə 48 faiz artdığı bildirilib. Artımın belə davam etməsi halında müəyyən tədbirlərin həyata keçiriləcəyi istisna edilməyib.
İctimaiyyəti narahat edən məsələ sərt karantin qaydalarının yenidən tədbiqi ilə bağlıdır
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, koronavirus pandemiyası bu gün hələ də aktualdır.
Deputat son günlər ölkəmizdə də yoluxma hallarının artmasına diqqət çəkib:
“Yoluxma halları son zamanlar yenə də artmaqdadır. Bir ay əvvəl yoluxma 5 nəfər civarında idi. İndi isə yayılan statistikaya əsasən yoluxma 50 civarındadır. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. Bu gün yoluxma 48 faiz artıb. İndi mən hansı karantin qaydalarının yenidən tətbiq ediləcəyini deyə bilmərəm. Bunu mütəxəssislər deyə bilər. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi, əlbəttə, labüd olacaq”.
M.İbrahimqızının sözlərinə görə, bu ayın sonuna kimi məsələ ilə bağlı bir nəticə çıxarılacaq: