Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hansı halda beh geri qaytarılmalıdır? - VİDEO

Müqavilə olmadan beh verən, aldadılan şəxslərə tez-tez rast gəlmək olur. 
 
İctimai TV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan!” verilişində mövzunun aktuallığı nəzərə alınaraq süjet hazırlanıb.
 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Roman Qaraşov beh ilə bağlı narahatlıq doğuran suallara aydınlıq gətirib:
 
“İstehlakçıların nəzərinə çatdırırıq ki, hər bir halda beh müqaviləsi bağlayarkən bunu rəsmi şəkildə etsinlər. Yəni hər iki tərəf beh müqaviləsinə imza atmalı və beh müqaviləsində mütləq həmin öhdəliyin icra olunması üçün müddət müəyyən olunmalıdır. Əgər göstərilən müddətdə tərəflərdən biri öhdəliyi yerinə yetirməsə, digər tərəfin hüququ vardır ki, ona dəymiş bütün zərəri tələb etsin”. 
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də