Yutubdan Dilarəyə qadağa - Uşaq zorakılığına görə
Müğənni Dilarə Kazımovanın "Xarizma" mahnısına çəkdirdiyi klipinə yutub qadağa qoyub.
Buna səbəb ekran işindəki açıq-saçıq görüntü olub. Bu haqda Dilarə "Şourum" proqramında danışıb. O bildirib ki, baxış sayı çox az olub:
"Yutub, instaqramda baxış sayı azalıb. Yutubda reklama mahnımı qoya bilmədim. Orada seksual məqamlar var. Beyons, Kardi B etsə olar, bizə yox. Uşaq zorakılığı olduğunu yazıblar. Heç kimə təsdiq edə bilmədim ki, yoxdu. Hansı şirkətə zəng vurdum, qəbul etmədi və reklamdan sildilər. Sonra dedim ki, baxış sayı önəmli deyil, onsuz insanlar bu mahnını bilir".