Nazir ona 3 otaqlı ev verdi (FOTO)
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti və müdafiə sənayesi naziri Mədət Quliyev "Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.
Mənzilin açarı E.Əsədova mükafatlandırma mərasimində təqdim olunub.
Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.
"Özümə söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam" - bunu "Report"a açıqlamasında Elçin Əsədov deyib.
Əsədov ilin sonunda karyerasını başa vurmaq istədiyini söyləyib: "Bu, mənim müqavilələrimdən asılı olacaq. Uzun sözləşmə olsa, davam etmək şansım var. Amma indiki durumda karyeramı bitirmək gündəmdədir. Karyeramı bitirmək üçün bundan gözəl yer ola bilməz".