Hansı su daha faydalıdır: Xam, qaynadılmış, yoxsa mineral?
Su maddələr mübadiləsini sürətləndirir, dərini qidalandıraraq canlılıq qatır, daha hamar olmasına imkan verir. Maye balansını qorumaq sağlam orqanizmin açarıdır. Bəs, hansı suyu içmək daha yaxşıdır - Xam, qaynadılmış, yoxsa mineral?
Milli.Az Axşam.az-a istinadən suyun müxtəlif formalarda istehlakının orqanizmə faydalarını və zərərlərini təqdim edir.
Xam su
Ən təhlükəsiz seçim, əlbəttə ki, şüşədə satılan sudur. Əgər həqiqətən də istehsalçı keyfiyyət zəmanətini doğrulda bilirsə... Süzülmüş və ya bulaq suyuna gəldikdə isə onun təhlükəli bakteriyalar və ya çirklənməyə məruz qalmadığını yalnız kimyəvi analiz nəticəsində müəyyən etmək mümkündür. Gündəlik həyatınızda içdiyiniz suyun istehsalçısından və ya istifadə etdiyiniz mənbənin kirli olmadığından əminsinizsə, bu maye həqiqətən sizin orqanizminizə xeyir verəcək
Mineral su
Mineral su çox sayda faydalı xüsusiyyətə malikdir. O, maddələr mübadiləsini yaxşılaşdırır, arıqlamağa kömək edir, bədəndən toksinləri çıxarır, qastriti müalicə edir, sinir sistemini və immuniteti gücləndirir, saçın, dərinin və dırnaqların inkişafını dəstəkləyir, hətta cavanlaşdırıcı təsir göstərir. Ancaq bütün bu xüsusiyyətlərə baxmayaraq, mineral su təhlükəli də ola bilər. Həkimlər onu müntəzəm olaraq içməyi məsləhət görmürlər. Onu yalnız həkimlə məsləhətləşdikdən sonra istehlak etməyiniz tövsiyə olunur, əks halda sağlamlığınıza zərər verə bilərsiniz.
Qaynadılmış su
Qaynadıqdan sonra su tərkibində olan bir çox faydalı elementlərini itirir. Məsələn, suyu qaynatdığınız cihazların qızdırıcı hissələrinə natrium, maqnezium və kalsium çökür. Həmçinin, istilik müalicəsi sayəsində oksigen mayedən buxarlanır - buna görə də belə su ödəm əmələ gətirir. Bununla belə, qaynatmaq suyu daha təhlükəsiz edir, çünki bütün zərərli bakteriyaları öldürür. Qaynadılmış suyun faydalarını maksimum dərəcədə artırmaq üçün çaydanı qaynayan kimi söndürün. Bu mayeni dərhal içmək lazımdır. İkinci dəfə eyni suyu qaynatmağa məruz qoymaq isə zərərlidir.
Qeyd edək ki, çiy suyu soyuducuda dondurub buz əridikdən sonra istehlak etmək də sağlamlıq üçün faydalıdır. Bu zaman mayenin tərkibində olan bakteriyalar ölsə də faydalı elementləri özündə qoruyub saxlayır.