Rövşən Rzayevin qohumu şəhid bacısından 20 min alıb?
Birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova məcburi köçkünlər üçün tikilən binalardan ev əldə etmək istəsə də, dələduzluqla üzləşdiyini bildirir.
"Qafqazinfo"ya müraciət edən T.Fərəcova bildirib ki, o, uzun müddətdir tanıdığı Şahmar Əliyev tərəfindən aldadılıb. Qadının sözlərinə görə, özünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu kimi təqdim edən Şahmar Təranə Fərəcovaya məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair yalan vəd verib. Əvəzində ondan 20 min manat alıb. Nə ev məsələsi həll olunub, nə də pul geri qayıdıb.
Təranə Fərəcova aldadıldığını başa düşdükdən sonra polisə şikayət edib. Şahmar Vəliyev barəsində cinayət işi başlanılıb və o həbs edilib. İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Prosesin sonunda hakim Hüseyn Səfərov tərəfindən bəraət hökmü çıxarılıb və Şahmar Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.