Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

48 yaşlı əfsanə Ronaldoya MEYDAN OXUDU: Mən ondan daha yaxşıyam...





Braziliya futboluna bir dövrə damğasını vuran Ze Robertonun 48 yaşı tamam olub. 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, illərdir futbolsevərlərin sevimlisi olan əfsanə Kriştiano Ronaldoya meydan oxuyub.
Karyera səyahətində "Real", "Bayer" (Leverkusen) və "Bavariya" kimi nəhəng komandalarda forma geyən Ze Roberto 43 yaşında ölkəsinin köklü komandalarından biri olan "Palmeiras"da futbolu tərk edib.
83 dəfə Braziliya millisinin formasını geyinən Ze Roberto 6 qol vurub. İdmandan heç vaxt ayrılmayan və 48 yaşını tamamlayan əfsanənin fit obrazı görənləri heyran edib. Məşqçi kimi də fəaliyyət göstərən və özünü fitnəsə həsr edən Ze Roberto sağlam həyatının sirrini belə izah edib: "Mən heç vaxt məşqdən əl çəkmirəm. Spirtli içki içmirəm, siqaret çəkmirəm, çox yaxşı yeyirəm. yaxşı yatıram".
Lionel Messi ilə birlikdə son dövrün ən önəmli ulduzu Kriştianu Ronaldoya əvvəlki müsahibəsində meydan oxuyan braziliyalı əfsanə, "Cristiano mənim üçün bir maşındır. Bu gün deyə bilərəm ki, ondan daha yaxşı bədən quruluşum var. Çünki 43 yaşıma kimi futbol oynamışam".
Ze Roberto Braziliya mətbuatına müsahibəsində dünya çempionatı üçün favoritlərini də açıqlayıb. 48 yaşlı mütəxəssis Braziliya ilə yanaşı, Fransa, İspaniya və Argentinanın da kuboku qazanmaq şansının yüksək olduğunu bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də