Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi olan Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının və “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının 1 nömrəli medalının “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə görə” ilk olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilməsini təklif edirəm.
Aydın Kazımzadə
Bakı Dövlət Universiteti rektorunun
Elm və təhsil üzrə müşaviri,
AMEA-nın müxbir üzvü