Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Karantin olsa, bu şəxslər qazanacaq, amma..."- AÇIQLAMA


"Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək".
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, qapanmadan qazananların da, uduzanların da ola biləcəyini qeyd edib:

"Ən çox zərər görənlər günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq. Təbii bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərini də salacaq, nəticə də ölkəyə valyuta daxilolmaları kəskin azalacaq.
Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə pul lazım olacaq. Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə infilyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəngirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də  təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların infilyasiyaya da təsir çox pis olacaq".
Ekspert qapanma ilə bağlı anonsun verilməsini yanlış olaraq dəyərləndirib:
"Bu il iqtisadiyyatın gül-çiçək açdığı 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşayadığı 2022-ci ilidir.  Odur ki, “Qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də