Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sosial şəbəkələrdə DİQQƏTLİ OLUN! - Yeni fırıldaqçılar peyda oldu


"Siz telefon qazanmısınız, 42  manat kart hesabımıza göndərin, hədiyyənizi verək". Son zamanlar instaqramda bu tipli elanlara tez-tez rast gəlinir. Vətəndaşları şirnikləşdirib onlardan müxtəlif ödənişlər istənilir. Əvəzində isə guya hansısa yarışda qalib gəlmələri ilə bağlı hədiyyə vəd edilir. 
Məsələ ondadır ki, müxtəlif sosial şəbəkələrdə, xüsusilə instaqramda izləyicilərinin sayı çox olan blogerlər müxtəlif yarışlar keçirirlər. Müxtəlif səhifələrin bəyənilməsi tələb edilir. Nəzərdə tutulmuş səhifələri bəyənmiş istifadəçilər yarışlarda iştirak edirlər. Sonda onların arasından qaliblər seçilir və mükafatlandırılır.
İnstaqramda 1 milyon izləyicisi olan və vaxtaşırı olaraq belə yarışlar təşkil edən Nagehan Abdullayeva deyir ki, onun da adından da istifadə edərək vətəndaşların pulunu mənimsəməyə çalışanlar olub. 
Məsələni şərh edən hüquqşünas Turan Abdullazadənin sözlərinə görə, burada işin çətin tərəfi həmin fırıldaqçının kimliyini müəyyən etməkdir. Bildirib ki, həmin şəxslər çox vaxt saxta hesablardan istifadə edirlər. Hüquqşünas əlavə edib ki, qanunsuz əmələ cəhd edənin kimliyi müəyyən olunarsa, onun haqqında tədbir görülə bilər. 
Turan Abdullazadə qeyd edib ki, vətəndaşlar dələduzluqla üzləşmək istəmirlərsə, bir sıra qaydalara əməl etməlidirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də