
Bunu Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, ən geci bu ilin sonuna kimi Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı intensiv danışıqlar gedir:
"Boris Consonun istefası Britaniya-Ukrayna münasibətlərinə təsir etməyəcək, çünki Böyük Britaniyanın baş nazirinin dəyişməsi Britaniyanı 180 dərəcə döndərə bilməz, diktator dövlətlərdə olduğu kimi, burada Konstitusiyanı bir gecədə dəyişdirə bilməzsiniz.