Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil ediləcək


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə əlaqədar təşkil olunmuş nümunəvi çadır tipli kəsim məntəqəsində brifinq keçirib.
Brifinqin keçirilməsində məqsəd bayram günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlər, həmçinin qurbanlıq heyvan kəsimi və satışı lə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Brifinqdə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Onlardan 61-də qurbanlıq heyvanların həm kəsimi, həm də satışı, 54-də yalnız satışı, 19-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Agentliklə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də