.

Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.
Hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib.
1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşının oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır