Ötən gün Türkiyənin Konya şəhərindəki xəstəxanaların birində Ekrem Karakaya adlı kardioloqun iş başında öldürülməsi ölkə gündəmini alt-üst edib.
Həkimin həyatı bahasına atılan bu addım ciddi etiraz doğurub. Hadisəni törətməkdə şübhəli bilinən Mehmet Akçay adlı şəxs həkim-kardioloqu əməliyyat sonrası həyatını itirən anasının ölümündə günahlandırıb. Bu səbəbdən də həkimin həyatına son qoyub. Mehmet Akçay daha sonra hadisə yerində özünü güllələyib.
Baş vermiş dəhşətli hadisə səbəbindən Konya şəhər xəstəxanasının bütün həkimləri tibb müəssisəsinin önünə “Cənazəmiz var” yazısı asaraq iki günlük tətil elan ediblər. İki övlad atası olan Ekrem Karakayanın ölümü böyük sensassiya doğurub. Bu gün Kayserinin Dəvəli bölgəsində cənazə mərasimində mərhumun məsləkdaşları iştirak edib və etiraz aksiyası keçiriblər. Mərasimə Türkiyənin səhiyyə nazirinin gəlməsi etirazları daha da artırıb. Həkimlərin sərt çıxışlarının qarşısını polis alıb.
Hadisədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qətlə yetirilən həkimin ailəsilə telefon əlaqəsi saxlayaraq, başsağlı diləklərini çatdırıb.
Qeyd edək ki, həkimlərin etiraz aksiyası Kayserilə yanaşı İzmir, Antalya, Mardin, Şırnak və digər bölgələrdə də müşahidə olunub.