SON DƏQİQƏ! Anti-terror əməliyyatı ilə bağlı RƏSMİ AÇIQLAMA: İyulun 23-dək… – Ordu TOPLANIR
Azərbaycanda döyüş hazırlığı planına əsasən, hərbi vəzifəlilərin təlim toplanışına başlanılıb. Müdafiə Nazirliyindən bildirilib ki, ehtiyatda olan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.
Təlim toplanışı iyulun 23-dək davam edəcək.