Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı Rövşən Tağıyevin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyulun 15-də davam edəcək.
Qeyd edək ki, ötən il sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.