İngiltərədə Adrian Poqmore adlı polis məmuru 54 yaşlı keçmiş ingilis model Traki Diksonun lüt görüntülərini qeydə alıb. Evinin bağçasında günəş şüası qəbul edən qadın baş verən hadisədən sonra sözügedən polisi məhkəməyə verib. Məhkəmə polisin çalışdığı bölmənin modelə 200 min sterlinq təzminat ödəməsinə hökm çıxarıb.
Baş verən hadisə zamanı xidmət başında olan polis məmuru bağçasında lüt şəkildə günəş şüası qəbul edən modeli helikopterdən qeydə alıb. Bundan sonra sözügedən polis məmuru həftədə ən az 3 dəfə keçmiş modelin evinin üzərindən uçaraq qadını izləməyə başlayıb.
2017-ci ildə meydana gələn hadisə ilə bağlı isitintaqa cəlb edilən polis məmuru qadını dəfələrlə izləyərək görüntülərini qeydə aldığını etiraf edib.
Polis helikopterindən bu şəkildə istifadə edən adama 1 il həbs cəzası verilib.