Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ARB Zaurla bağlı xəbərdarlığı TƏKZİB ETDİ

Aparıcı Zaur Kamalın ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində müğənni Afşin Azərinin efirdən çıxarılması günlərdir ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. İnsanların əksəriyyəti hərəkətinə görə Zaur Kamalı kəskin tənqid edib. Audiovizual Şura məsələ ilə əlaqədar ARB kanalına xəbərdarlıq etdiyini açıqlayıb.
 
Xəbərdarlıqla bağlı ARB telekanalının mövqeyini öyrənməyə çalışdıq.
 
Telekanalın mətbuat katibi Mail Əsgərov xəbərdarlıq faktını təkzib etdi.
 
“Məsələ ilə bağlı hələki bir yenilik yoxdur. Qaldı ki, xəbərdarlıq edilməsinə, elə bir şey barədə mənim məlumatım yoxdur. Hər halda telekanala xəbərdarlıq edilsəydi, birinci mənim xəbərim olardı. Ancaq yenə də deyirəm, məlumat xarakterli nəsə olsa, mətbuata bildiriləcək”, - ARB rəsmisi bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Audivizual Şuranın Aparat rəhbəri Fazil Novruzov veriliş zamanı hər hansı qanun pozuntusu olmadığını vurğulamışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də