Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra Hakimiyyətinin qarşısında İNTİHARA CƏHD

Şəmkir rayon sakini İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.
 
Rayonun Yeni Həyat kəndində yaşayan 1996-cı il təvəllüdlü İlham Həsənov bu gün İcra Hakimiyyəti binasının qarşısında özünə od vurub.
 
Dərhal hadisəyə müdaxilə edilib və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
 
İntihara cəhd edən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir. İddiaya əsasən, o, sosial problemlərinin həlli ilə bağlı dəfələrlə quruma müraciət etsə də, müraciətlərinə baxılmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də