Müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun Gədəbəy rayon sakini O.Hüseynov olduğu müəyyənləşib.
O, şübhəli şəxs qismində saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Hazırda qeyd edilənlərlə bağlı araşdırma aparılır.