Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir deputat istefa verdi

İyulun 4-də Ermənistan parlamentinin “Hayastan” müxalifət blokundan olan deputatı Artur Qazinyan istefa verdiyini açıqlayıb.
Deputat bu barədə özünün “Facebook” səhifəsində yazıb.
 
Onun fikrincə, bu, indiki vəziyyətdə ən düzgün və əsaslandırılmış həll yoludur. Bununla yanaşı, Kazinyan mandatdan imtinası barədə təfərrüatlı məlumat vermək istəməyib, yalnız onun verdiyi qərarın sırf siyasi və taktiki xarakter daşıdığını vurğulayıb.
 
“Hazırda bircə onu deyə bilərəm ki, daha parlamentdə işləməyi təsəvvürümə gətirə bilmirəm və bu şərtlər altında deputat statusumu qoruya bilmərəm”, - Kazinyan izah edib.
 
Eyni zamanda, hakimiyyətin radikal tənqidçisi Ermənistandakı, Qarabağdakı vəziyyətə və respublikanın hazırkı rəhbərliyinə qarşı bütün ittihamlara verdiyi qiymətlərin aktuallığını qoruduğunu qeyd edib.
 
“Müqavimət hərəkatının istifadə olunmamış böyük potensialı var. Bu, hazırda mövcud olan yeganə platformadır ki, yeni güzəştlərin və xəyanətin qarşısını ala bilər. Hərəkəti saxlamaq və gücləndirmək lazımdır. Mən etiraz aksiyalarında iştirak etməyə davam edəcəyəm və hamını qoşulmağa çağıracağam. Ermənistan müxalifət blokunun parlament fraksiyasındakı həmkarlarıma siyasi ehtiyatlılıq və uğurlar arzulayıram”, - deyə Artur Qazinyan yazıb

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də