Fransa müharibə başlayandan bəri Ukraynadan 100 mindən çox qaçqını qəbul edib.
Bu barədə Fransanın Nazirliklərarası Böhran Mərkəzinin rəhbəri Cozef Zimet "Le Monde" qəzetinə bildirib.
“Fransada 100 mindən çox ukraynalı qəbul etdik. Son vaxtlar qaçqınların qəbulunun dinamikası azalmağa başlayıb, lakin buna baxmayaraq, Fransa hər həftə təxminən 300 nəfəri qəbul edir", - deyə o qeyd edib.
"Biz effektiv qəbul sistemi qurmuşuq, 18 mindən çox uşaq artıq məktəbə gedib", - Zimet bildirib.
Zimetin sözlərinə görə, münaqişədən əvvəl Fransada 19 minə yaxın ukraynalı yaşayırdı.
"Ukrayna hakimiyyəti 2023-cü ilə qədər normal həyata qayıtmağı gözləmir, ona görə də gələn il də qaçqınların əhəmiyyətli hissəsi burada qalacaq. Bu, həmin insanların köçürülməsini təşkil etmək üçün bizdən yeni yanaşma tələb edir", - o vurğulayıb.
Zimet qeyd edib ki, Fransa hakimiyyəti 50 min ukraynalının hazırda harada yaşadığı barədə məlumatı yoxdur.