Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mirziyoyev etirazlara səbəb dəyişikliyi ləğv etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrə dəyişiklik etməmək barədə qərar verib.
 
Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, Prezident Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində səfərdədir.
 
Ötən gün Konstitusiyaya dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişlər keçirilib. İctimai qaydanın pozulması hallarının qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.
 
Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarını saxlayıb. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də