Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mədə kiçiltmə əməliyyatının dəhşətli fəsadları - Boşanma, şizofreniya, intihar...

Son vaxtlar artıq çəkidən əziyyət çəkən insanlar xilas yolunu cərrahi əməliyyatda görürlər. Xüsusilə də xanımlar zərif görünmək üçün mədə kiçiltmə əməliyyatına daha çox maraq göstərirlər. Lakin bu əməliyyatların fəsadları bəzən faciəli nəticələrə gətirib çıxarır. İddialara əsasən, mədə kiçiltmə əməliyyatı keçirən əksər insanlarda psixi problemlər, həmçinin intihara meyillilik halları meydana gəlir.
 
Cəmiyyət arasında yayılan iddialar barədə  danışan psixoloq Elmir Əkbər deyilənlərin doğru olduğunu bildirib. Onun sözlərinə görə, mədə kiçiltmə əməliyyatlarından sonra psixi pozuntuların olması yüz faiz təsdiqlənmiş faktdır:
 
“Dünya miqyaslı həkimlərin mübahisəsi ondan ibarətdir ki, bir qrup psixoz olmanın mədə kiçiltmə əməliyyatından sonra, digərləri isə əvvəldən onlarda bu kimi problemin olduğunu söyləyir. Çox böyük ehtimalla bu hal əməliyyatın nəticəsidir. Mədə kiçiltmə əməliyyatından sonra boşananlar, cəmiyyət tərəfindən qəbul edilməyən vərdişlərə qurşananlar az deyil. Sonra fərqinə varırlar ki, ailə, uşaq, iş, hər şey əldə çıxıb. Bəzi şəxslərdə əməliyyatdan sonra narsistlik, şəxsiyyət pozuntusu, şizofreniya və bu  kimi psixi xəstəliklər yaranır. Daha sonra başlayırlar özlərini hansısa obraza bənzətməyə. Geyimdən tutmuş makiyaja qədər həmin obraza çevrilirlər”.
 

 
E.Əkbər hesab edir ki, bu cür insanlar normal qocala bilməyəcəklər:
 
“Sizin vasitənizlə cəmiyyətə səslənirəm ki, əziz vətəndaşlar, mədə kiçiltmə əməliyyatı çox gənc əməliyyatdır. Bu insanlar qocalanda nə baş verəcək? Qocala biləcəklərmi? Bilirik ki, yaşlaşanda insanın orqanizminin vitaminləri, mikroelementləri, zülalları mənimsəmək imkanları çox məhdudlaşır. Amma insanın mədəsi, bağırsağı yerində deyilsə, bu necə normal qidalanacaq, necə yaşayacaq. Müasir arıqlamaq üsulları var ki, mədə və bağırsaq yerində qalmaq şərtilə arıqlaya bilərsiniz. Normal insan arıqlamaq üçün bu cür seçim etməz. Belə insanların bərbad, acıncaqlı ölümləri ilə bağlı dünyada kifayət qədər xəbərlər var. Valideynlər, ailələr, dostlar, yaxınlarınızı qoruyun, bu cür dəhşətli əməliyyat etdirmələrinə icazə verməyin”.
 

Psixoloq vurğulayıb ki, mədə kiçiltmə əməliyyatını ancaq bir halda etmək olar:
 
“Xüsusi problemləri olan, 50 yaşdan yuxarı insanlar bu əməliyyatı etdirə bilər. 45 yaşında insanlar var ki, mədə kiçiltmə əməliyyatı etdirirlər, bu fəlakətdir. Bu cür əməliyyat keçirmiş insanların bədən dərisi də bərbad vəziyyətdə olur. Sovet vaxtında arıq ayaqlı toyuqlar satırdılar, mədə kiçiltmə əməliyyatı keçirmiş insanların bədən dərisi o toyuqların dərisinə oxşayır. Çox iyrənc şəkil alırlar, üzlərinin mənası itir, sifətləri, gözləri boşalır. İnsanlar həyatları ilə oynamasınlar. Bu əməliyyata gedənlərin hamısı psixi natamamlıq sindromundan əziyyət çəkirlər. Bu kompleksi psixoloji vasitə ilə aradan qaldırmaq lazımdır, mədə-bağırsaq kəsdirməklə yox. Gözəl olmaq, formada olmaq mükəmməldir. Lakin mədə kiçiltmək anormallıqdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də