Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın güləşçilərimiz iki rekorda imza atdılar

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.
 Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında cəmi 6 güləşçi ilə yollanan millimiz uğurlu çıxış edib.
 
Belə ki, təmsilçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyublar. Eyni zamanda, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) bürünc medal əldə etməsi daha 2 nəticənin yaxşılaşdırılması ilə əlamətdar olub. Belə ki, gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında yığmamız 92 xal toplayıb ki, bu da millimiz üçün rekord nəticədir. Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçi ilə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib.
 
Qeyd edək ki, Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub. Ölkəmiz Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də