
Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı-2022" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter”də məlumat yayıb.
Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edib.