Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəriqaz” rəsmisindən abonentlərə çağırış: “Dələduzlara aldanmayın!"

“Son günlər “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın əməkdaşıyam deyə ortada bir qrup şəxslər işləyir. Abonentlərdən çilingər qismində pul alırlar”.
Bunu "Azəriqaz" İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
“Burdan abonentlərə səslənirəm ki, istər çilingər olsun, istər “Azəriqaz”ın adından istifadə edib hansısa vəzifənin sahibi olaraq özünü təqdim edən şəxs olsun, ödəniş tələb edirsə, heç bir ödəniş etməsinlər ki, sonradan SOCAR “Azəriqaz” İstehsalat Birliyinin işgüzar imicinə xələl gəlməsin. Bu məsuliyyət Birlik olaraq bizim üzərimizdə deyil.
“Azəriqaz” nəğd ödənişli xidmət göstərmir. Bunun üçün müvafiq qaydalar var”,- deyən qurum rəsmisi abonentləri dələduzlara inanmamağa çağırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də