Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xalq artisti: “Məni erotik videolarla şantaj edirlər” - FOTOLAR

Xalq artisti Kazım Abdullayev şantaja məruz qalıb.
 
Bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib.
 
K.Abdullayev erotik videolarla şantaj olunduğunu bildirib:
 
"Son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul tələb edirlər. Bu nə mənim yaşıma, nə də statusuma yaraşan işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görədə mən feysbuk, mesencer, vatsap hesablarımı bağlayıram".
 
Xalq artisti paylaşımında ona yardım etməsi üçün hüquq mühafizə orqanlarına müraciət edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də