İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Qadın güləşçilərin mübarizəsində millimizin üzvü Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi dörddəbir finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.
Birgül Soltanova səkkizdəbir finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Millimizin üzvü növbəti mərhələdə litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı “tuşe” ilə məğlub edən B.Soltanova finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşacaq.
Mübarizəyə dörddəbir finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün M.Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Bunun üçün idmançımız macarıstanlı Sofiya Viraqa qalib gəlməlidir.
Bu çəki dərəcələrində medal qarşılaşmaları iyulun 1-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qitə birinciliyində qızıl, Əsmər Canqurtaran (50 kq) isə bürünc medala sahib olublar.