Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Astarada 11 yaşlı oğlanı məktəbə götürmürlər - VİDEO

Astara rayonunun Unuz kənindən olan 11 yaşlı Amid Eyvazov məktəbə gedə bilmir.
11 yaşlı oğlanın təhsil problemi sosial şəbəkələrdə ictimailəşdirilib.

Amid bildirib ki, onun məktəbə gedə bilməməsinə səbəb dağlıq ərazidə yerləşın Unuz kəndində yaşamasıdır.

“Məktəbə götürmədilər, dedilər ki, yaşın keçib”, - 11 yaşlı Amid Eyvazov kədərlə söyləyib.
 
Amid oxumaq, savadlanmaq istədiyini bildirib. O, böyüyəndə həkim olmağı arzuladığını bildirib.

Amidin böyük qardaşı Ağadadaş Eyvazov  “cənub.az”-a deyib ki, Unuz kıəndində məktəb, işıq, yol yoxdur.

“Unuzda 4 ailə yaşayır. Bu ailələrdə 10 uşaq var. Onlar məktəb görməyiblər. Mənim 21 yaşım var məktəb üzü görməmişəm. 4 qardaşım və 2 bacım da məktəbə getmirlər. Ailədə ən kiçiyin 7 yaşı var. Unuz dağlar arasında yerləşir. Atla 7-8 saata, piyada getməklə ora bir günə çatmaq olur. Yol yoxdur, cığır var”


Ağadadaş Eyvazov həm də ikinci Qarabağ müharibəsinin veteranıdır:

“Özüm 44 günlük Qarabağ müharibəsində iştirak etmişəm. Füzuli,  Xocəvənd uğrunda gedən döyüşlərdə vuruşmuşam. 2 medalla təltif olunmuşam. İşsizəm. Təhsilim olmadığına görə iş tapa bilmirəm. Məşğulluq idarəsinə müraciət etmişəm,  get-gələ salıblar. Heç qeydiyyata belə götürmədilər.”
 
O,  qardaş və bacılarının təhsildən kənarda qalmasından narahat olduğunu və bununla bağlı müvafiq orqanlara müraciət edildiyini bildirir: “Müraciət etmişik. Hələ ki, nəticə yoxdur.”

11 yaşlı Amid Eyvaziov isə təhsil almağı çox istəyir:

“Kəndən, dağdan aşağı düşmüşük. Görürəm ki, mən yaşda olanlar məktəbə gedirlələr. Amma məktəb məni götürmür. Deyirlər ki, yaşın keçib. Unuz kəndində məktəb yoxdur. Uşaqlar orda təhsil almırlar.”

Eyvazovlar problemlərlə bağlı Astara rayon Təhsil Şöbəsində və Züngüləş kənd orta məktəbində olub: 

“Dedilər Amidin 11 yaşı var, yaşı keçib. Onun məktəbə qəbul olunması üçün Təhsil Nazirlyi qərar verməlidir”.

Astara Təhsil şöbəsindən bildiriblər ki, problemlər növbəti dərs ilində həllini tapacaq:

“Xəbərimiz var.  Məktəbə cəlb edilməyən 8 yaşdan yuxarı uşaqlar üçün fərdi sinif açılmalıdır.  Bu da nazirliyin səlahiyyətindədir. Şagirdlərin siyahısına düşmək üçün adlar sistemə düşməlidir. Biz kömək etməyə hazırıq. Növbəti dərs ilində qaydaya düşəcək. Əsas odur ki, Unuz kəndindən olan uşaqlar vaxtında məktəbə gələ bilsinlər".

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də