
RegionTV.info-nun məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abidinli Ülvi Ənvər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.