Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fəhləni elektrik cərəyanı vuraraq öldürüb

İyunun 28-i saat 14 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

RegionTV.info  xəbər verir ki, Ağdaş rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Elnur Osmanov fəhlə kimi işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri apararkən işlək vəziyyətdə olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də