
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Şurada birinci instansiya üzrə 1 vakant yer mövcüd olub. Həmin vakansiya üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənova seçilib. Bununla da Məhkəmə-Hüquq Şurasının tərkibi tam formalaşıb.
Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasının 15 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.