RegionTV.info
“Artıq bir neçə şəxs mənə təhsil haqqımın tamamını ödənilənəcəyinə söz verdi”.
Bu sözləri öz “Facebook” profilində 2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan, lakin imkansızlıq səbəbindən təhsil ala bilməmək ehtimalı olan Ranal Qurbanov yazıb.
“Bunların hamısı sizin sayənizdə oldu, əzizlərim. Hər zaman belə həmrəy və bir-birimizə dəstək olaq. Mən Amerikada da bir il yaşamışam və əminliklə söyləyə bilərəm ki, bu gözəl xüsusiyyət yalnız bizim xalqa məxsusdur”, - deyə R.Qurbanov bildirib.
“Minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. İnşallah mənim təhsil almağıma imkan yaradan xalqa layiqli həkim olaram. Hamınıza həddindən artıq minnətdaram”, - gənc vurğulayıb.
Xəbəri paylaş