
RegionTV.info xəbər verir ki, bu barədə Cozef Bayden tviterdə yazıb.
“Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik - bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi istiqamətində mühüm addımdır. Nəticədə bu bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”- o qeyd edib.