
RegionTV.info-nun xəbər verir ki, aktyor 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cüneyt Arkın əsl adı Fəxrəddin Cüreklibatırdır. O 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. Atası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibatırdır.
Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsinin məzunu olub. C.Arkın “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır. O, 500 filmdə rol alıb.