Şəkidə intihar hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, hadisə ötən axşam rayonun Aşağı Göynük kəndində baş verib. Kənd sakini, 57 yaşlı Bayram Məmmədiyə oğlu Əhmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə aşkar edilib.
İlkin araşdırma zamanı B.Əhmədovun intihar etdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş