
RegionTV.info xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq, rayonun Asif Məhərrəmov 64 və 20 Yanvar küçəsi 4/66 saylı binaların həyətində qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib.
Binanın həyətində olan istinad divarlarının beton konstruksiya ilə gücləndirilməsi işi aparılır. Hazırda ümumi yaşayış binaların fasadının bərpası, rənglənməsi işləri aparılır.
Blokların qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, hər iki binanın dam örtüyünün əsaslı təmiri, eyni zamanda həyətə yeni bordürlərın, asfalt və tamet daşlarının vurulması, yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılması və mini-futbol meydançasının yaradılması işləri davam edir.
QALEREYA