Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Moyka”da faciəvi şəkildə öldü

Ötən gecə Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

RegionTV.info  xəbər verir ki, rayonun Kosalar kənd sakini, 1991-ci il təvəllüdlü Mehdi Əlizadə Canallı kəndindəki avtoyuma məntəqəsində vəfat edib.

Belə ki, 31 yaşlı şəxs özünə məxsus avtomobili həmin kənddə Ragib Qurbanova məxsus avtoyuma məntəqəsində yumaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də