Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tovuzda ağır avtomobil qəzası olub, ölən və yaralananlar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

RegionTV.info-nun məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 3 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

08:32

Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub.


Bu barədə RegionTV.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Aşağı Quşçu kəndində "VAZ" markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də