Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Partiyanı ləğv edib, sonra öləcəm..."

RegionTV.info
“Mən partiyanı heç kimə vəsiyyət etmək fikrində deyiləm”.
 
Bu sözləri “özünüzdən sonra partiyanın rəhbərliyində kimi görmək istəyirsiniz” sualına cavabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
O, qeyd edib ki, 100 yaşa qədər yaşamağı düşünür:
 
“Mən 100 yaşıma qədər yaşayacam. 93-95 yaşımda, ölənə yaxın isə partiyanı ləğv edəcəm ki, heç kimə qalmasın. Vəsiyyət edəcəm ki, öləndə partiyanın sənədlərini mənimlə basdırsınlar”.
 
Partiya sədrinə müavini Gülər Əhmədovanı xatırlatdığımızda isə o heç bir kadra ehtiyacının olmadığını qeyd edib:
 
“Gülər xanım hələ idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir. O məsələlərə də baxılacaq. Gülər xanımdan narazılığım yoxdur, çox istəyirəm. Amma mən hələ gümraham, arxayın olsunlar. Payızda qurultayımız olacaq, müəyyən məsələlərə orada aydınlıq gətirəcəyik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də