Ukrayna ordusuna yardım məqsədi ilə təşkil edilmiş xeyriyyə hərracında "Qızıl top"un beşqat sahidi portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun imzalı forması satılıb.
RegionTV.info-nun məlumatına görə, futbol geyiminin sahibi 14 yaşlı Vladimur Romançuk onu 2019-cu ilin 22 martında Lissabonda keçirilən Portuqaliya-Ukrayna yoldaşlıq matçında futbol ulduzuna imzalatdırıbmış.
Romançuk futbol geyiminin satışından əldə etdiyi 70 min qriven gəliri Ukrayna ordusunun yaralı əsgərlərinə tibbi preperat alınması üçün sərf edəcək.
Xəbəri paylaş