Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Zil” 160 nömrəli marşrut avtobusunu vurub

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş “Zil” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

RegionTV.info  xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.

Bildirilir ki, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də xəsarət alan olmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də