Astarada 9 aylıq hamilə olan qadın ölüb.
RegionTV.info verdiyi xəbərə görə, hadisə rayonun Giləkəran kəndində baş verib.
1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş