RegionTV.info
Bu ilin mart ayında Xaçmaz rayonunun Alıcqışlaq kəndində keçirilən səyyar qəbul zamanı 93 yaşlı kənd ağsaqqalı Ələkbər Mustafayev Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevi iyun ayının 27-də qeyd edəcəyi doğum gününə dəvət etmişdi.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ələkbər Mustafeyin dəvətini məmuniyyətlə qəbul edərək, bu gün doğum gününü qeyd edən ağsaqqalın evində qonaq olub.
Elnur Rzayev ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışmış, əldə etdiyimiz uğurlarda ağsaqqalların da böyük əməyinin olduğunu diqqətə çatdırmışdır.
93 yaşı tamam olan Ələkbər Mustafayev bu gün onun üçün ikiqat sevincli olduğunu qeyd edib. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 93 yaşlı ƏIəkbər Mustafayevlə birlikdə doğum günü tortunu kəsərək, ona qiymətli xatirə hədiyyələri təqdim edib.
Xəbəri paylaş