Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Ə.Əlizadə cari il mayın 5-də bir nəfərin onun nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən qəsəbə sakini A.Sultanov müəyyən edilərək saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş